Azərbaycan Ermənistanı məğlub etdi  

09:12 29-09-2018 | icon 2837
Azərbaycan Ermənistanı məğlub etdi
 

Batumidə keçirilən Şahmat Olimpiadasında Azərbaycan milli komandası Ermənistan yığması ilə qarşılaşıb.

Görüş Azərbaycanın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamızın liderləri Şəhriyar Məmmədyarov Levon Aronyanı, Teymur Rəcəbov isə Qabriel Sarkisyanı məğlub edib.

 

Rauf Məmmədov Hayk Martirosyanla bərabərə qalıb, Arkadi Naydiç isə Qrant Melkumyana məğlub olub.

Qeyd edək ki, Azərbaycan yığması 5 turdan sonra topladığı 10 xalla turnir cədvəlinə liderlik edir.

 


Digər xəbərlər

0.27699685096741