Firdovsi Umudovu ittiham edən idmançı ondan üzr istədi - “Çox peşmanam”
Bir müddət öncə Elçin Mürşüdov adlı şəxs Azərbaycanın Güləş Federasyasının vitse-prezidenti, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudovu rüşvət almaqda ittiham etmişdi.
Vaxtı ilə güləşçi olduğunu iddia edən E. Mürşüdov Rusiyada MMA (qarışıq döyüş növləri) ilə məşğul olduğunu, Azərbaycanın MMA üzrə milllisinə qatılmaq üçün F.Umudovun ondan 4500 manat pul istədiyini demişdi.
Sözügedən iddia sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Daha sonra E.Mürşüdov özü bu barədə video çəkib yayaraq Firdovsi Umudovdan üzr istədiyini, başqalarının toruna düşərək bu cür danışdığını açıqlayıb:
“Firdovsi Umudovla bir başa görüşməmişəm, o məndən heç bir məbləğ, pul tələb etməyib. Mən Firdovsi Umudovun adından istifadə edən şəxslərin toruna düşmüşəm.
Bu vidoenu çəkməkdə məqsədim Firdovsi Umudovdan və bütün idmançılaradan üzr istəməkdir. Bəzi insanların toruna düşmüşdüm, məni öyrdiblər, buna görə çox peşmanam”.
Qeyd edək ki, F. Umudov prezident İlham Əliyev tərəfindən idmandakı xidmətlərinə görə “Şöhrət” ordeni (2012), “Tərəqqi” medalı (2016) və Azərbaycan Respublikası prezidentinin Fəxri Diplomu (2015) ilə təltif olunub.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...