Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

16:43 30-09-2018 | icon 3572
Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.

Tanınmış fizik, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Firudin Məmməd Əli oğlu Haşımzadə 2018-ci il sentyabrın 28-də 83 yaşında vəfat edib.

Fizikin vəfatı ilə əlaqədar prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, o cümlədən Novruz Məmmədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Fərəh Əliyeva, Akif Əlizadə, Ceyhun Bayramov, İbrahim Quliyev, Rasim Əliquliyev, Nazim Məmmədov, Arif Paşayev, Bahadur Tağıyev, Cavad Abdinov, Çingiz Qacar, Ənvər Nəhmədov, Təyyar Cəfərov və Abel Məhərrəmov başsağlığı veriblər.

 

Qeyd edək ki, F.Haşımzadə 1935-ci il dekabr ayının 7-də Bakı şəhərində anadan olub. O, 1963-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda böyük elmi işçi, 1993-1994-cü illərdə direktor müavini, 1994-2000-ci illərdə direktoru işləyib. 2001-ci ildən ömrünün sonunadək baş elmi işçi vəzifəsində çalışıb.

Firudin Haşımzadə 1962-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1974-cü ildə professor elmi adını alıb.

2015-ci ildə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!


Digər xəbərlər

0.3083279132843