İlham Əliyev İndoneziya prezidentinə başsağlığı verdi

16:45 30-09-2018 | icon 2567
İlham Əliyev İndoneziya prezidentinə başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev İndoneziya prezidentinə başsağlığı məktubu göndərib.

Məktubda aşağıdakılar qeyd olunub:

“Hörmətli cənab prezident, Sulavesi adasında baş vermiş təbii fəlakətin çoxsaylı insan tələfatı və dağıntılar törətməsi barədə xəbərdən son dərəcə kədərləndim.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”


Digər xəbərlər

0.27902483940125