Mxitaryan Bakıya gəlməyəcək

18:00 01-10-2018 | icon 3860
Mxitaryan Bakıya gəlməyəcək

İngiltərənin “Arsenal” klubunun və Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryan Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”a qarşı keçiriləcək matç üçün Bakıya gəlməyəcək. 

Bu haqda məlumatı ESPN telekanalının "Arsenal" üzrə müxbiri Mattias Karen "Twitter”dəki hesabında yazıb. 

O, əldə etdiyi məlumatı belə bölüşüb: "Mənə məlumat veriblər ki, Henrix Mxitaryan Azərbaycana səyahət etməyəcək. Bu, oyunçunun Azərbaycan - Ermənistan münaqişəsi səbəbindən təhlükəsizlik məqsədilə verdiyi şəxsi qərarıdı”.

 

Jurnalist həmçinin 29 yaşlı yarımmüdafiəçinin Avropa Liqasının finalında iştirakının da sual altında olduğunu bildirib: "Arsenal” Avroliqanın finalına vəsiqə qazana bilsə, Mxitaryan həmin görüşdə də iştirak etməyə bilər”. 

Qeyd edək ki, "Qarabağ” – “Arsenal” matçı oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyuna saat 20:55-də start veriləcək.

 


Digər xəbərlər

0.26007509231567