Milli Məclisin iclasları başladı

18:04 01-10-2018 | icon 1956
Milli Məclisin iclasları başladı

Bu gün parlamentin 2018- ci il payız sessiyasının ilk plenar iclası öz işinə başlayıb. 

Iclasda çıxış edən spiker Oqtay Əsədov bildirib ki, parlamentin 100 illiyi ilə bağlı sentyabrın 21-də xüsusi təntənəli iclas keçirilib: “İclasda dövlət başçısı çıxış etdi. Prezident iclasda çıxışı zamanı parlamentin əhəmiyyətini xüsusi qiymətləndirdi və bu bizim üçün çox əhəmiyyətlidir. O dedi ki, Azərbaycanın qanunverici bazası çox mükəmməldir. Parlamentin fəaliyyətinə bu cür yüksək qiymət verdiyinə görə mən öz adımdan, həm də sizin adınızdan ölkə başçısına minnətdarlığımı bildirirəm”. 

Qeyd edək ki, spikerin sözləri alqışlarla qarşılanıb. 

 

Spiker eyni zamanda əlavə edib ki, ötən yaz sessiyasında və növbədənkənar sessiyada parlamentdə 16 iclas keçirilib və 261 qanun və qərar qəbul edilib.


Digər xəbərlər

0.25692296028137