İcra başçısı Fəxri fərmanlar verdi
1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı münasibətilə Binəqədi rayon İcra Hakimiyyətində tədbir keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Binəqədi rayon Prokurorluğunun əməkdaşları iştirak ediblər.
Tədbiri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev açaraq prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. Natiq qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq öz bəhrəsini verib.
Tədbirdə çıxış edən Binəqədi rayon Prokuroru Nazim İmanov göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkür edib.
Sonda Rayon Prokurorluğunun bir qrup əməkdaşına Binəqədi rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...