Siqaret çəkənlərin nəzərinə - Cərimələrin məbləği dəqiqləşdi
Azərbaycanda tütün məmulatlarından istifadəyə görə cərimənin məbləği bəlli olub. Məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edək ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 212.3, 212.4 və 212.5-ci maddələr əlavə edilir.
Yeni - 212.3-cü maddəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı olmaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə müəyyənləşdirilib.
212.4-cü maddəyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə kəsiləcək.
212.5-ci maddəyə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə ( tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə - vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.
-
Qarabağda bərpa-quruculuq işləri davamlı olaraq aparılır
...
-
Dərin siyasi zəka, tükənməz iradə sahibi
...
-
Şanlı ordumuz xalqımızın qürur mənbəyidir
...
-
Qələbəmizin növbəti rəmzi - Zəfər meydanı
...
-
Azərbaycanda Novruz bayramıdır
...
-
Ramazanın onuncu gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahdan Novruz tətili başlayır
...
-
Aydın Hüseynov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub - FOTO
...
-
Bu gün İlaxır çərşənbədir
...
-
Abşeronda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edildi
...