Azərbaycan prezidenti Ştaynmayeri təbrik etdi
Prezident İlham Əliyev Almaniya prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı- Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Almaniya münasibətlərinə böyük əhəmiyyət veririk. Bu baxımdan siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin gündən-günə genişlənməsi məmnunluq doğurur.
İnanıram ki, ölkələrimiz arasındakı əməkdaşlıq, eləcə də çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimiz bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh və rifah diləyirəm”.
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...