Nəsimi rayonunda növbəti “Abad həyət” istifadəyə verildi
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji cəhətdən təmiz və abad həyətlərin modernləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədi ilə həyata keçirilən “Bizim həyət” layihəsinə Nəsimi rayonunda ötən ilin dekabr ayından start verilib.
Ötən müddət ərzində layihə çərçivəsində rayon ərazisindəki bir sıra həyətlərdə abadlaşdırma işləri aparılıb, mövcud yaşıllıqlar bərpa edilib yeni yaşıllıq zolaqları yaradılıb.
Həmin layihənin davamı olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət” 2-ci mikrorayon H.Seyidzadə küçəsi 1,3 və 7 saylı binaların əhatə etdiyi məhəllədə sakinlərin ixtiyarına verilib. Bu ünvanda 3 beş mərtəbəli, bütövlükdə 12 bloklu, 180 mənzilli binaların fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilmiş, hər üç binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənib. Məhəllədə genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış və həyətə 300-dən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri üçün 3 söhbətgah və 20 ədəd oturacaq quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri və idman meydançası quraşdırılmışdır. “Abad həyət”in xüsusi bir guşəsində həvəskarlar üçün asfalt üzərində böyük ölçülü şahmat lövhəsi yaradılıb.
Növbəti abad həyətin sakinlərin istifadəsinə verilməsinə həsr olunmuş tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.
Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ərazinin sakinləri ilə görüşərək sakinləri maraqlandıran sualları cavablandırıb. Görüşdə sakinlərin qaldırdığı problemlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...
-
Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
...
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...