Azərbaycan millisinin heyəti açıqlandı

15:12 07-10-2018 | icon 3627
Azərbaycan millisinin heyəti açıqlandı

UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakı Olimpiya Stadionunda Malta yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının  heyəti açıqlanıb.
 
Baş məşqçi Qurban Qurbanov millimizin düşərgəsinə 23 futbolçu dəvət edib.
 
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”)
 
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə, Urfan Abbasov (“Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Pavlo Paşayev (“Aleksandriya”, Ukrayna)
 
Yarımmüdafiəçilər: Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nazarov (“Aue”, Almaniya)
 
Hücumçular: Mahir Mədətov (“Qarabağ”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen”, Almaniya), Ruslan Qurbanov (“Səbail”).


Digər xəbərlər

0.28967618942261