Bakı metrosunda hadisə - Video

15:15 07-10-2018 | icon 3128
Bakı metrosunda hadisə - Video

Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Metronun Qara Qarayev stansiyasında iki qatar üz-üzə gəlib.

“Dərnəgül” istiqamətində gedən qatarın qarşısına əks tərəfə istiqamət edən qatar çıxıb. Xoşbəxtlikdən toqquşma baş verməyib. 

 

“Bakı Metropoliteni”nin mətbuat xidməti Bəxtiyar Məmmədov Oxu.az-a açıqlamasında bildirib ki, hadisə ötən gün saat 13:15-də radələrində baş verib:

“Qatarların birində tunelə daxil olan zaman texniki nasazlıq yaranıb. Sərnişinlər stansiyada düşürülüb. Digər qatara icazə verilib ki, stansiyaya daxil olaraq maşinistə kömək etsin. Nasazlıq aradan qaldırılıb. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaranıb”. 

Qurum rəsmisi qeyd edib ki, nasazlıq yaranan qatar texniki qaydalara uyğun olaraq depoya göndərilib.

 

 


Digər xəbərlər

0.34858512878418