Nərimanovda növbəti “Abad həyət” istifadəyə verildi
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüs və dəstəyi ilə “Abad Həyət” layihəsi çərçivəsində Nərimanov rayonunda, Ə.Əbdürrəhimov küçəsi 120a, 124, 126 və Akademik H.Əliyev küçəsi 113, 115 ünvanlarında yerləşən məhəllələrdə işlər yekunlaşıb.
Bu ərazilərdə yerləşən binaların dam örtükləri, zirzəmiləri, fasadları təmir edilib, binaların giriş qapıları, blokların pəncərələri yenilənib. Həyətdə xeyli sayda ağac əkilərək geniş yaşıllaşdırma işləri aparılıb. Həmçinin sakinlər üçün oturacaqlar, öhbətgahlar, uşaq oyun meydançaları, əyləncə avadanlıqları quraşdırılıb.
Layihə çərçivəsində rayon ərazisindəki digər həyətlərdə də xeyli işlər görülüb, yaşıllıqlar bərpa edilib, həyətlərdə abadlaşdırma işləri aparılıb.
Heydər Əliyev prospekti 80/1 və 80/2 ünvanlarında Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən növbəti “Abad Həyət”də işlərin icrası sürətlə davam edir, yekunlaşmaq üzrədir və tezliklə sakinlərin istifadəsinə veriləcək.
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...