Sumqayıtda direktor müavini dayəni döyüb xəstəxanalıq etdi - Fotolar
Sumqayıtda gimnaziyanın direktor müavini dayəni döyüb.
Hadisə Sumqayıt şəhər İnternat tipli Gimnaziyada baş verib.
Belə ki, gimnaziyanın direktor müavini Aytən Əliyeva ilə həmin məktəbdə dayəlik edən Sevil Həsənova arasında mübahisə düşüb.
Zərərçəkmiş Sevil Həsənovanın sözlərinə görə, dayəlik etdiyi uşağın valideyni Gimnaziyaya dəvət olunub və ona qarşı izahat alınıb.
S.Həsənova deyib ki, bunu Gimnaziyanın Təlim Tərbiyə işləri üzrə direktor müavini Atyən Əliyeva təşkil edib. Belə ki, direktor müavini məktəbin yataqxanasında dayə Sevil Həsənova ilə əvvəlcə mübahisə edib, onu itələyib. Qadın yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.
Zərərçəkmiş Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, Hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicə olunur. Həkimlər Sevil Həsənovanın vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Adı döyülmə faktında hallanan direktor müavini Aytən Əliyeva ilə əlaqə saxlamaq mümkün olmayıb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.
-
Vətəndaşın avtomobilində baş vermiş yanğın sərhədçilərin köməyi ilə söndürülüb
...
-
Gürcüstandan Azərbaycana bu yolla keçmək istədi - Foto
...
-
“Nikosayağı” qəza törədərkən sərxoş olubmuş - İş məhkəmədə
...
-
DSX: "Ötən ay sərhəddə 2 milyon 357 min manatlıq qaçaqmal aşkarlanıb"
...
-
İran vətəndaşları saxlanıldı - DSX-dan uğurlu əməliyyat
...
-
Uşaq pornoqrafiyası yayan şəxs cəzalandırıldı
...
-
Ölkəyə saxta 10 min dollar gətirənlər saxlanıldı - Foto
...
-
PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü
...
-
Rəşad Dağlı qətldən əvvəl bıçaq alarkən - Video
...
-
4 milyonluq narkotik dövriyyədən çıxarıldı - Video
...