Həbib üzr istədi - Video

17:58 07-10-2018 | icon 2883
Həbib üzr istədi - Video

Las-Veqasdakı turnirdən sonra “UFC çempionu” titulunu qazanan rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla döyüşdən sonra baş vermiş insidentə görə üzr istəyib.

Rinqdən düşərək ona söz atan azarkeşlə əlbəyaxa olan Həbib baş verənləri belə izah edib: “Rinqdən düşməyim düzgün deyildi. Ancaq insanlar mənim dinim, milliyətim, atam haqqında təhqirlərə sakit yanaşmağımı necə gözləyə bilərlər?”. 

Atasının ona bu addımına görə hansı cəza verəcəyini bilmədiyini deyən Nurməhəmmədov artıq prezident Vladimir Putindən təbrik aldığını söyləyib.

 

 


Digər xəbərlər

0.3917248249054