Londonda Leyla Əliyevanın kitabının təqdimatı keçirildi - Fotolar
Oktyabrın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) şeirlər kitabı Londonda yerləşən Yunus Əmrə Mədəniyyət Mərkəzində ictimaiyyətə təqdim olunub.
“Dünya yuxutək əriyir...” şeirlər kitabının “Ön söz”ünün müəllifi Azərbaycan Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsuddur.
Tədbiri giriş sözü ilə açan Avrasiya Mədəniyyət Qrupunun sədr müavini Mark (Marat) Axmedjanov qonaqları salamlayıb və kitab haqqında məlumat verib.
Məlumata görə, nəşrə daxil edilmiş 130 şeiri ingilis dilinə tanınmış ingilis şair və tərcüməçilər Karolina Valton və Anna Mariya Cekson çeviriblər.
Tədbirdə kitabın redaktoru və tərcüməçisi Karolin Valton çıxış edərək deyib ki, bu vaxta qədər Leyla Əliyevanın yaradıcılığı haqqında heç bir məlumatı olmayıb:
“Lakin şeirlərinin tərcüməsi zamanı onun və Azərbaycan poeziyasının necə zəngin və dərin olduğunu anladım. Şeirlərin tərcüməsi zamanı çox böyük zövq aldım, Leyla Əliyevanın necə aydın və çoxşaxəli yaradıcılığının olduğunu gördüm. Onun çox gənc olması məni təəccübləndirdi. Leyla Əliyevanın başqa əsərləri ilə də tanış olmaq istəyirəm”.
Qeyd edək ki, kitabda müəllifin “Mənə güc ver, Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim”, “İnsanlar”, “Getmə”, “Bakı” və s. şeirləri ilk dəfə olaraq ingilis oxucularına çatdırılır.
Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib.
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...
-
Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
...
-
Sabah 30° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...