Azərbaycan olimpiadada ilk medalını qazandı
Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.
Olimpiadanın cüdo yarışlarında 66 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz Vüqar Talıbov ilk görüşündə yəmənli Əhəd Əl-Saqheeraya qalib gəlib.
Tacikistanlı Camşed Sulaimoni və Antonio Tornalanı (Dominikan Respublikası) məğlub edən cüdoçumuz finala yüksəlib. Qızıl medal uğrunda görüşdə rusiyalı Abrek Naquçevə qalib gələn V.Talıbov Olimpiya çempionu olub.
Qeyd edək ki, Olimpiadada 206 ölkədən 4 mindən artıq idmançı iştirak edir. Azərbaycan yarışlarda 17 idmançı ilə təmsil olunur. İdmançılarımız gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis idman növlərində mübarizə aparacaqlar.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...