Lənkəranla Monterey şəhəri arasında ələqələr genişlənir

08:53 09-10-2018 | icon 2500
Lənkəranla Monterey şəhəri arasında ələqələr genişlənir

ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosasiyasının icraçı direktoru Nensi Selfric bu gün Lənkərana səfərə gəlib. Hörmətli qonağı öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul edib.

Qəbul zamanı İcra başçısı ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərini yüksək dəyərləndirərək son illər rayonun sosial-iqtisadi, turizm və mədəni sahədə böyük uğurlar qazandığını, Lənkəranda çayçılığın, sitrusçuluğun və çəltikçiliyin ildən-ilə inkişaf etdiyini, tikinti-quruculuq ünvanlarının sayının getdikcə artdığını, o cümlədən xalça fabrikinin, Olimpiya-İdman Kompleksinin, İstisu Sanatoriyasının və digər bu kimi obyektlərin yaxın vaxtlarda istifadəyə veriləcəyini bildirib. 

Söhbət zamanı Kaliforniyalı qonaq Lənkərana növbəti səfərindən məmnun qaldığını, şəhərdə çoxlu dəyişikliklərin, yeniliklərin baş verdiyinin şahidi olduğunu bildirərək səmimi qəbula görə İcra başçısına təşəkkürünü çatdırıb.


Digər xəbərlər

0.24471092224121