Rüfət Dadaşov komanda yoldaşlarını tanımır

10:32 09-10-2018 | icon 2942
Rüfət Dadaşov komanda yoldaşlarını tanımır

Uzun fasilədən sonra Azərbaycan millisinə çağırılan Rüfət Dadaşov Almaniyanın “Bild” nəşrinə müsahibə verib. “Proyssen”in forvardı yığmaya dəvətlə bağlı hisslərini bölüşüb. Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan millisinə dəvət sizi təəccübləndirmədi?

- Yenidən vətənim üçün oynamaq mənim xəyalım idi. Düzünü desəm, belə erkən dəvət gələcəyini gözləmirdim. Buna görə, “Proyssen” klubuna və məşqçilər korpusuna minnətdarlığımı bildirirəm.

 

- Orda əsas heyətə düşmək şansınızı necə dəyərləndirirsiniz?

- Əlbəttə ki, oynayacağıma ümid edirəm. Lakin mövqeyimdə rəqabətin hansı səviyyədə olduğunu bilmirəm. Uzun müddətdi milliyə çağırılmadığım üçün digər oyunçuların çoxundan xəbərim yoxdu.

- “Proyssen”in sabiq futbolçusu Dmitri Nazarov da çağırılanlar arasındadı…

- Dmitri Bakıya mənimlə birlikdə gəldi. Biz yaxın dostuq. Eyni zamanda millidə eyni otaqda qalırıq.

- Bakıda anadan olmusunuz və ailəniz hazırda orda yaşayır. Onlarla görüşmək imkanınız oldumu?

- Bəli, bura gələndə qohumlarım məni ziyarət etdi, onlarla söhbətləşmək imkanım oldu. Hər kəsi yenidən görmək çox gözəl idi.

- Oktyabrın 11-də Farer adaları, 14-də isə Malta ilə qarşılaşacaqsınız. Azərbaycan yığmasını nə gözləyir?

- Bizim hər iki görüşdə qalib gəlmək şansımız var. Bundan yararlanmaq üçün əlimizdən gələni edəcəyik.


Digər xəbərlər

0.30209803581238