“Necə deyə bilərəm ki, işsizlik yoxdur?” - YAP-çı deputat
“Mən “Azərbaycanda işsizlik problemi yoxdur” şəklində ifadə işlətməmişəm. Əgər ölkənin rəsmi statistikası göstərirsə ki, beş faiz civarında işsizlik var, necə deyə bilərəm ki, işsizlik yoxdur? İndi desək ki, biz öz vətəndaşlarımızı tamamilə işlə təmin etmişik, xaricdən işçi dəvət edirik, bu, tamamilə absurd olardı. Heç bir normal insan bu şəkildə ifadə səsləndirməz”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında deputat, YAP İdarə Heyətinin üzvü Aydın Hüseynov ölkədə işsizlik probleminin olmaması ilə bağlı çıxışının sosial şəbəkədə tənqid edilməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, mətnə qoyulan başlığa görə məsuliyyət daşımır: “Mən mətnin içində dediyim cümlələrə məsuliyyət daşıyıram. Başlığa çıxarılan ifadə mətndə yoxdur. Bu gün ölkədə beş faiz civarında işsizlik var. Prezident İlham Əliyevin də həyata keçirdiyi siyasətin ən böyük istiqaməti ondan ibarətdir ki, ölkədə işsizlik səviyyəsi minumuma endirilsin. Azərbaycanda hazırda çox böyük layihələr həyata keçirilir. Bu bizə onu deməyə əsas verir ki, yaxın gələcəkdə işsizlik problemi aradan qaldırılacaq. Hər il 100 mindən çox iş yerləri açılır. Son 15 ildə 2 milyona yaxın iş yeri açılıb. Azərbaycanda gələcəkdə çox böyük iş yerləri olacaq. Belə olanda da xaricdən də Azərbaycanın əmək bazarına üz tutulacaq. Ələt İqtisadi Zonasında çoxlu iş yerləri açılacaq. Burada əcnəbilər üçün də iş yerləri olacaq. Ölkəmiz elə inkişaf etsin ki, vətəndaşlarımız işlə təmin olunsun, eyni zamanda xaricdən də işçi qüvvəsi ölkəyə gəlsin”.
Xatırladaq ki, A. Hüseynovun mediada yayılan açıqlamasında Azərbaycanda işsizlik probleminin demək olar ki, qalmadığı bildirilir: “Ölkəmizdə işsizliyin səviyyəsi 5 faizdən aşağıdır. Əgər kimsə hesab edirsə ki, Azərbaycanda iş yerlərinin sayı azalır, onlar səhv fikirləşirlər. Əksinə, Azərbaycanda iş yerləri daha da çoxalır. Yaxın gələcəkdə bu daha da çox olacaq. Hətta, yaxın gələcəkdə Azərbaycanda işçilərə ehtiyac yaranacağı üçün biz ölkəmizdə əmək bazarına xarici ölkələrdən insanları dəvət edəcəyik.
-
Azərbaycan - İran sərhədində tarixi an - Fotolar
...
-
Mehriban Əliyevadan Zəngilan paylaşımı - Fotolar+Video
...
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...