“Doqquz min insan tütünçülükdə işləyir, yaxşı pul qazanır” - Prezident

08:51 10-10-2018 | icon 4098
“Doqquz min insan tütünçülükdə işləyir, yaxşı pul qazanır” - Prezident

“Mən regional inkişafla bağlı konfransların birində bəzi kənd təsərrüfatı məhsullarının istehsalını, istehlakını sadalayarkən özüm də o arayışı görəndə təəccüb etdim ki, biz xaricdən zeytun idxal edirik. O zeytun ki, bizdə, Abşeron yarımadasında hər tində bitə bilir. Ona görə, çox ciddi göstəriş verildi ki, yeni zeytun bağları salınsın, onların suvarılması təmin edilsin və Azərbaycanda zeytun yağı istehsalı təşkil olunsun. Bu günə qədər olan istehsal bizi qane edə bilməzdi”.

Bu barədə prezident ilham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində bildirib.

Dövlət başçısı qeyd edib ki, onun bu istiqamətdə göstərişləri yerinə yetirilir və son bir neçə il ərzində yeni zeytun bağları salınıb:

“Yüzlərlə, bəlkə də minlərlə hektar sahələrdə yeni zeytun bağları salınır. Bizim istehsalımız artır, zeytun yağı istehsalı artır, ixrac etməyə başlamışıq. Özü də çox keyfiyyətli zeytun yağıdır. Hesab edirəm ki, biz zeytunçuluğun inkişafı, zeytun yağının ixracı ilə bağlı dünya miqyasında öz dəyərli yerimizi tuturuq».
İ. Əliyev tütünçülüklə də bağlı iradlarını səsləndirib:

“Bu sahə də demək olar ki, batıb gedirdi. Heç bir dövlət dəstəyi göstərilmirdi. Ancaq biz bu məsələ ilə məşğul olmağa, qurutma kameralarının yaradılmasına, tütün istehsalının təşviqi üçün addımlar atmağa başlayanda dərhal gözəl nəticələri görürük. Biz tütün istehsal edə-edə xaricdən siqaret alırıq.

Elə ölkələr var ki, orada tütün, ümumiyyətlə, bitmir, onlar bizə siqaret ixrac edirlər. Bu, absurddur, dözülməzdir. Sadəcə, ona görə ki, bu məsələ ilə məşğul olmurdular və bu sahəni başlı-başına buraxmışdılar. Bəlkə hesab edirdilər ki, belə də olmalıdır. Amma biz indi vəziyyəti tam dəyişdiririk. Azərbaycanda yeni siqaret fabrikləri yaradılır. Biz özümüzü siqaretlə böyük dərəcədə təmin edəcəyik, ixrac potensialı yaradılır. Tütünçülükdə vəziyyət necədir? Əgər 2015-ci ildə 3400 ton quru tütün istehsal olunubsa, bu il 6 min ton quru tütün istehsalı nəzərdə tutulur, təxminən iki dəfə çox. Doqquz min insan tütünçülükdə işləyir, yaxşı pul qazanır. Bax, görülən işlərin nəticəsi budur”.


Digər xəbərlər

0.28545999526978