Taleh Qaraşov Şovu kəndində səyyar qəbul keçirtdi

19:41 10-10-2018 | icon 3071
Taleh Qaraşov Şovu kəndində səyyar qəbul keçirtdi

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü bu gün rayonun Şovu kəndində keçirib.                                                

 Prezident Administrasiyasının Ərazi-təşkilati məsələlər şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət  Abdullayevin, rayonun hüquq-mühafizə orqanlarının  və əlaqədar təşkilatların rəhbərlərinin, kütləvi informasiya vasitələri və kənd sakinlərinin iştirak etdiyi görüşdə vətəndaşların müraciətləri dinlənilərək qaldırdıqları məsələlər yerindəcə araşdırılıb.                

İcra başçısı görüşdə çıxış edib əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunun cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində sosial-iqtisadi inkişafın sürətləndiyini, mədəni -quruculuq tədbirlərinin və abadlaşdırma işlərinin gündən-günə genişləndiyini, vətəndaşların həyat şəraitinin durmadan yaxşılaşdığını bildirib.

Sonra Dəyanət Abdullayev çıxış edib səmimi görüşə və cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəran rayonunun və Şovu kənd inzibati ərazi dairəsinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə verdikləri yüksək qiymətə görə təşəkkürünü bildirib və onlara işlərində yeni-yeni uğurlar arzulayıb.                                   

Görüşü yekunlaşdıran İcra başçısı çıxışlarda qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.

 


Digər xəbərlər

0.24506902694702