Taleh Qaraşov Şovu kəndində səyyar qəbul keçirtdi
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü bu gün rayonun Şovu kəndində keçirib.
Prezident Administrasiyasının Ərazi-təşkilati məsələlər şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayevin, rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar təşkilatların rəhbərlərinin, kütləvi informasiya vasitələri və kənd sakinlərinin iştirak etdiyi görüşdə vətəndaşların müraciətləri dinlənilərək qaldırdıqları məsələlər yerindəcə araşdırılıb.
İcra başçısı görüşdə çıxış edib əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunun cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində sosial-iqtisadi inkişafın sürətləndiyini, mədəni -quruculuq tədbirlərinin və abadlaşdırma işlərinin gündən-günə genişləndiyini, vətəndaşların həyat şəraitinin durmadan yaxşılaşdığını bildirib.
Sonra Dəyanət Abdullayev çıxış edib səmimi görüşə və cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəran rayonunun və Şovu kənd inzibati ərazi dairəsinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə verdikləri yüksək qiymətə görə təşəkkürünü bildirib və onlara işlərində yeni-yeni uğurlar arzulayıb.
Görüşü yekunlaşdıran İcra başçısı çıxışlarda qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...