Fəhləlik də təcrübə ilədir?- "Koroğlu" firmasından ŞİKAYƏT

19:55 10-10-2018 | icon 3701
Fəhləlik də təcrübə ilədir?-

Vətəndaş Elfaq Qurbanov "Koroğlu" MMC-dən şikayətçidir.

Bu barədə E.Qurbanov özü məlumat verib. Onun sözlərinə görə, adıçəkilən firma insanları aldatmaqla məşğuldur: "10 gün orda fəhlə kimi işləmişəm, pulumu vermirlər. Anbarda tonu 4,5 manata yük yükləmək, yük boşaltmaq işinə baxmışam. 10 gündən sonra gördüm fiziki imkanım yetmir, işləyə bilmirəm, işdən çıxmaq qərarı verdim. Yaxınlaşdım mühasibatlığa ki, 10 gündür işləyirəm, filan qədər iş görmüşəm, pulumu verin. Dedilər Nicata yaxınlaş. Nicat orda baş anbardardır. Yaxınlaşdım ona dedi ki, sən bu 10 günü təcrübəçi kimi işləmisən. Fəhləlik nə vaxtdan təcrübə ilə olub? İndiyədək müxtəlif sahələrdə fəhlə kimi işləmişəm, elə yer olub saata görə, elə yer olub gördüyüm işin həcminə görə əməkhaqqımı almışam, amma "Koroğlu" MMC mənim haqqımı yeyir".

Məsələ ilə bağlı firmanın mövqeyini öyrənmək istəsək də telefonlara cavab verən olmadı. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.(afn)


Digər xəbərlər

0.24437212944031