Mehriban Əliyeva “Turetski xoru”nun konsertində - Fotolar

08:35 11-10-2018 | icon 9
Mehriban Əliyeva “Turetski xoru”nun konsertində - Fotolar
loading...

Oktyabrın 10-da Rusiyanın məşhur “Turetski xoru” Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib.

Konserti izləyənlər arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da olub.

Art qrup konsert proqramında repertuarında olan ən məşhur kompozisiyaları təqdim edib. Fərqli dillərdə hitlər səsləndirən “Turetski xoru”nun Azərbaycan tamaşaçılarına sürprizi də olub. Belə ki, qrup doğma dilimizdə Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını ifa edib.

Konsertdən sonra Mehriban Əliyeva xorun kollektivi ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, nadir səsə, geniş vokal imkanlara, aktyor ustalığına və qeyri-adi xarizmaya sahib ifaçılardan ibarət “Turetski xoru” debütünü 1990-cı ildə edib. Qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail Turetskidir. Kollektivin repertuarı sərhədsizdir, qrup dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif janrlarda ifa edir.

 





Digər xəbərlər

0.12223100662231