Baş həkim maşınla piyadanı vurub öldürdü

18:10 11-10-2018 | icon 3360
Baş həkim maşınla piyadanı vurub öldürdü

Bakıda avtomobillə vurulan piyada xəstəxanada ölüb. Hadisə Binəqədi rayonu ərazisində baş verib.

9 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Yunusov Arif Əhməd oğlunun idarə etdiyi "Hyundai Sonata" markalı 90-BB-636 dövlət nömrə nişanlı avtomobillə Binəqədi-Xırdalan şossesində hərəkətdə olarkən sərxoş vəziyyətdə yolu keçmək istəyən Məmmədov Yəhya Məmməd oğlunu vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.


Digər xəbərlər

0.38830780982971