Arif Qasımovun sakinlərlə səyyar görüşü keçirdi
Dünən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən C.Naxçıvanski küçəsi 50, 52, 54, 56, 58 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.
Görüşdə Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq və yenidənqurma işlərindən danışıb.
Qəbulda qaldırılan məsələlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Sonda Tağı Tağıyev çıxış edərək, yerlərdə keçirilən bu cür səyyar qəbul və görüşlərin Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keçirildiyini və görüşlərin keçirilməsində məqsədin əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həllinə kömək göstərilməsi olduğunu söyləyib.
-
Ulu Öndərin qoyduğu təməl üzərində
...
-
İnsanların rifah halını yaxşılaşdırmaq naminə görülən tədbir
...
-
Hadi Rəcəbli vəfat etdi
...
-
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
...
-
Sabah Bakıda 24° isti olacaq
...
-
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi
...
-
Akademik Zərifə xanım Əliyevanın zəngin irsi
...
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...