“Xaliq Faiqoğlu” MMC-nin sürücüləri daim tibbi müayinədən keçirilir
Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC-nin istismar prosesi zamanı qarşıya qoyduğu ən vacib vəzifələrdən biri də yol hərəkəti təhlükəsizliyinə ciddi riayət edilməsi, sərnişinlərin təhlükəsiz mənzil başına çatdırılmasını təmin etməkdir.
Bu istiqamətdə şirkət rəhbərliyi sürücü heyəti ilə mütəmadi maarifləndirici görüşlər keçirir, işə qəbul prosesi zamanı və ya mövcud sürücü heyətinin sağlamlıq imkanları ciddi şəkildə araşdırılır. Qəbul prosesi zamanı sürücülərdən sağlamlıq haqqında sənədlər, narkoloji test nəticələri tələb olunur, təmir mərkəzində olan tibb məntəqəsində gündəlik reysqabağı tibbi müayinə (alkotest) həyata keçirilir.
Sürücülərin mütəmadi müayinələrdən keçirilməsini təmin etmək məqsədilə “Xaliq Faiqoğlu”MMC ilk özəl daşıyıcı şirkət olaraq Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyə Klinikası ilə əməkdaşlıq müqaviləsi imzalamış və əməkdaşlıq çərçivəsində bütün sürücülərin 11 paramet üzrə narkoloji test müayinələrin keçirilməsi həyata keçirilir. Şirkətin təşkilatçılığı ilə baş tutan müayinələr il ərzində iki dəfə olmaqla mütəmadi şəkildə davam etdirilməkdədir.
Qeyd edək ki, sərnişinlərə təhlükəsiz və nümunəvi sərnişindaşıma xidməti göstərməyi əsas məqsəd elan edən “Xaliq Faiqoğlu” şirkəti Bakı Nəqliyyat Agentliyinin (BNA) bu istiqamətdə daşıyıcı şirkətlər qarşısında qoyduğu tələbləri yüksək səviyyədə təmin etməyə çalışır.
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...