Naxçıvanda 5 tələbə “Nar”-dan təqaüd alacaq
Elm və təhsilin inkişafına dəstəyi ilə seçilən “Nar”-ın Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində elan etdiyi Təqaüd proqramının nəticələri məlum oldu. Beləki, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan, xüsusi fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbə “Nar” tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaq.
Aşağıdakı siyahıda 2018-2019-cu tədris ilində təqaüd alacaq tələbələri təqdim edir:
Seyidova Aytən Rəsul qızı, Naxçıvan Dövlət Universiteti, İnformasiya Texnologiyaları ixtisası, 3-cü kurs
Hüseynli İnci İsgəndər qızı, Naxçıvan Dövlət Universiteti, İnformasiya Texnologiyaları ixtisası, 3-cü kurs
Mahmudova Aytac Rəsul qızı, Naxçıvan Dövlət Universiteti, İnformasiya Texnologiyaları ixtisası, 2-ci kurs,
Qəhrəmanova Sevil Qəhrəman qızı, Naxçıvan Universiteti, Riyaziyyat və informasiya ixtisası, 3-cü kurs
Qəmbərov Allahqulu Zəfər oğlu, Naxçıvan Universiteti, Riyaziyyat və informasiya ixtisası, 4-cü kurs
Təqaüd proqramının qalibləri ilə görüşündə “Azerfon”un mətbuat xidmətinin rəhbəri Əziz Axundov onlara uğurlar arzulayıb və bildirib ki, təhsil və maariflənmənin inkişafı “Nar”-ın xüsusi önəm verdiyi sahələrdən biridir: ““Bu təşəbbüsümüzün tələbələrə yeni bilik və bacarıqları əldə etmələri və gələcəkdə uğurlu karyera qurmalarına dəstək olacağına əminəm. “Nar”-ın təqaüd proqramı növbəti illərdə də davam edəcək”.
Təqaüd proqramı, ilkin olaraq, Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Gələcəkdə digər bölgələr və paytaxt Bakı universitetlərinin tələbələri üçün də aylıq təqaüdün verilməsi planlaşdırılır.
Qeyd edək ki, tələbələr üçün təqaüd proqramının elan edilməsi “Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində reallaşıb. “Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.azinternet səhifəsindən öyrənmək mümkündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...