Müşviqabad sakinləri ilə növbəti səyyar görüş keçirilib
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Müşviqabad qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 300-dən çox qəsəbədə sakinləri iştirak edib.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər. Qəsəbə sakinlərindən 16 nəfəri fərdi qaydada dinlənilib.
Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.
Səyyar qəbuldan sonra əhali üçün səyyar əmək yarmarkası keçirilib.
-
İşıqlı zəka sahibi
...
-
Sadə Azərbaycan ziyalısı, xeyixah insan
...
-
Tibb elminə həsr olunmuş ömür
...
-
Xatirələrdə yaşayan Zərifə xanım Əliyeva
...
-
Sabah 27° isti olacaq
...
-
Rəşad Cəbrayılov: "Zərifə xanım tarixə adını işğal altında olan torpaqlarımızı Ana Vətənə qaytarmış Ali Baş Komandanın anası kimi qızıl hərflərlə yazdırıb"
...
-
Akademik Zərifə Əliyevanın anım günüdür
...
-
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü
...
-
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər
...
-
Yağış, güclü külək, qar - Sabahın havası
...