“Mehriban Əliyeva bizi daim dəstəkləyir” - Qlıboçko

17:37 14-10-2018 | icon 3127
“Mehriban Əliyeva bizi daim dəstəkləyir” - Qlıboçko

“Biz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin ünvanına göndərdiyi təbriklərə görə çox təşəkkür edirik. Mehriban Əliyeva bizim Bakıdakı filialımızı daim dəstəkləyir”.

Bunu AZƏRTAC-a müsahibəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko deyib:
P.Qlıboçko qeyd edib ki, üç il bundan əvvəl Bakıda bu universitetin filialı açılıb: 

“Hesab edirəm ki, bu, çox səmərəli layihədir. Bu gün Bakı filialında 500 tələbə təhsil alır. Tələbələr Bakıya məmnuniyyətlə gedən rusiyalı müəllimlərlə fərdi proqramlar üzrə məşğul olurlar. Filialda hazırlığın səviyyəsi və keyfiyyəti kifayət qədər yüksəkdir. Bu göstəricilər hələ universitetin filialına qəbul mərhələsində yüksək olur və sonradan tələbələr yaxşı bilik əldə edirlər. Bundan əlavə, bizim sınaqdan keçirdiyimiz bir təcrübə var: Bakıdan olan ən yaxşı tələbələrimiz Moskvanın və xarici ölkələrin klinikalarında təcrübə keçirlər. Gələcəkdə filialın genişləndirilməsi məsələsini ölkə rəhbərliyi ilə müzakirə edəcəyik. Biz artıq Mehriban xanım Əliyeva ilə görüşmüşük, klinik bazalar məsələsini müzakirə etmişik. Ona görə ki, tələbələr xəstələrlə görüşməli, onların müalicəsində iştirak etməlidirlər. Klinik praktika hər bir tələbə üçün çox vacibdir”.


Digər xəbərlər

0.26840901374817