Qəhramanlığın təbliği
“20 Yanvar” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümət təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Bakı, Qusar və Neftçala şəhərlərində yeniyetmə və gənclər arasında qəhramanlığımızın təbliği” mövzusunda tədbirlər keçirir
09.10.2018-ci il tarixdə 20 Yanvar şəhidi İlham Allahverdiyevə həsr olunmuş tədbir onun və həyat yoldaşı Fərizə Allahverdiyevanın təhsil aldığı 54 nömrəli tam orta məktəbdə keçirildi.
Tədbirdə Sultan Əzimzadə -“20 Yanvar” İctimai Birliyinin sədri, Mustafa Əliyev, Elxan Allahverdiyev-şəhid İlham Allahverdiyevin qardaşı, Şəmistan Əlizamanlı-hərbi jurnalist, ehtiyatda olan hərbiçi mayor, Rey Kərimoğlu–Qazilər.az saytının rəhbəri, Qarabağ əlili, Fərqanə Əliyeva-“Sosial İqtisadi Araşdırmalar” İctimai Birliyinin sədr müavini, Asif İbrahimxəlilov-şəhid İlham Allahverdiyevin iş yoldaşı, Əkrəm Bəydəmirli-“ Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri, Tofiq Allahverdiyev-“20 Yanvar” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri, Mübariz İsmayılov -“20 Yanvar” İctimai Birliyinin idarə heyətinin üzvü, Binəqədi rayon şöbəsinin sədri, iştirak edirdilər.
Şagirdlərimiz vətənpərvərlik mövzusunda mahnılar oxuyub , şeirlər ifa etdilər.
Sonda məktəbin direktoru Sahibə Abbasova çıxış edərək sözü hərbi jurnalist, ehtiyatda olan hərbiçi mayor Şəmistan Əlizamanlıya verdi. Şəmistan Əlizamanlı vətənpərvərliyə həsr olunmuş mahnılar ifa etdi. Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirdilər.
-
Yeni ildə ilk dərs günü nə vaxt olacaq?
...
-
Emin Əmrullayev rektorlarla əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasını müzakirə edib
...
-
Ağalı məktəbinə UNEC-in Zaqatala filialından qiymətli hədiyyə
...
-
Emin Əmrullayev dörd məktəbə yeni direktor təyin edib
...
-
Bu gündən tətildir
...
-
Məktəblərdə payız tətilinin vaxtı açıqlandı
...
-
Milli Məclisdə müəllimlər üçün imtahanın ləğvi təklif edildi
...
-
Prezident bu müəllimləri təltif etdi
...
-
İcra başçısı qəfil məktəbi yoxladı, bu mənzərə ortaya çıxdı - Fotolar
...
-
Səs yazısı yayılan Nəcibə Axundova cəzalandırıldı
...