Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir

17:16 16-10-2018 | icon 3510
Binəqədidə “15 ilin zəfər salnaməsi” adlı tədbir

YAP Binəqədi rayon təşkilatında cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 15 illiyinə həsr olunmuş “15 ilin zəfər salnaməsi” adlı tədbir keçirilib.

 15 oktyabr 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə cənab İlham Əliyevin xalqımızın mütləq əksəriyyətinin səsverməsi nəticəsində Azərbaycan Prezidenti seçilməsinin 15 illiyinə həsr olunmuş 15 ilin zəfər salnaməsi” adlı tədbir keçirildi.

Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bütün qonaqları salamladı və bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edib. Çıxışında vurğulayıb ki, bu gün dövlətimiz və xalqımız üçün mühüm tarixi, siyasi bir hadisənin ildönümüdür. 1993-cü ildə xalqımızın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin cəsarəti, qətiyyəti sayəsində dövlətimiz mühüm dirçəliş dövrünə qədəm qoyub. Həmin müraciəti olduğu kimi diqqətə çatdıran natiq bildirib ki, ulu öndər Heydər Əliyev cənab İlham Əliyevə hər zaman inanıb, onun başladığı taleyüklü məsələləri və planları onun həyata keçirəcəyinə əmin olduğunu bildirib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, çıxış edərək ictimai-siyasi sabitliyin ölkəmizdə həyata keçirilən uğurlu siyasətin və inkişafın bariz nümunəsi olduğunu qeyd edib.

Millət vəkili Kamaləddin Qafarov çıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyev ölkəmizə 15 illik rəhbərliyi dövründə “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrini bütün əməli fəaliyyəti ilə sübut edib. Bu gün ötən 15 illə hazırkı mövcud vəziyyəti, ictimai-siyasi, digər sahələrdəki sabitliyi, uğurları müqayisə etsək görərik ki, həqiqətən son 15 il Azərbaycanda zəfər salnaməsi yazılıb.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul edilən bir sıra gəncə yeni partiya üzvlük vəsiqələri təqdim edilib. Rayon təşkilatının ictimii-siyasi həyatında fəal iştirak edən bir sıra şəxslər Fəxri Fərmanla təltif edilib.

 

 





Digər xəbərlər

0.27011394500732