“Üçüncü sinif dərsliyində erotika var” - Millət vəkili
“Azərbaycanda zərərli informasiyaları dərsliklərin özü yayır. Bunu saytlarda, qəzetlərdə yazılan məqalələr, ekspertlər deyir”.
Bunu deputat Aqil Abbas “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunun ikinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili dərsliklərdə şagirdlərin yaşına uyğun olmayan materialların yer aldığını deyib: “Məhəmmədhüseyn Təhmasib Sovet dövründə uydurma nağıllar öyrətdi uşaqlara. İndi də bu cür materiallar yer alır. Bizim redaksiyaya dünən bir valideyn gəlmişdi. İkinci sinif dərsliyində uşaqlara sual verilir ki, “Qarabağın qayıdacağına inanırsınızmı?” Uşaq da cavab verib “ yox”, atası da onu vurub.
Üçüncü sinif dərsliyində erotika var, dərsliklərdə ləhcə var. Bəzi dərsliklər televizordan çox zərər verir. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdır. 7-ci sinifdən sonra məktəblərdə heç kim yoxdur, hamı repetitor yanına gedir. Bu barədə danışmalıyıq. Sonra das deyirsiniz ki, rus sektoruna niyə uşaqlar qoyulur?”.
Deputat Zahid Oruc da çıxışında qeyd edib ki, dərsliklərdə yer alan bizə çox adi gələn nağıllar uşaqların formalaşmasına təsir edir: “Məlikməmməd nağılının mahiyyətində qardaşın qıza görə qardaşını quyuya salması durur. Nə qədər “Cırtdan”nağılı demək olar. Millətdə sanki bu obraz yaradır. “Uşaq və buz” şeirinin mahiyətinə baxaq, burada uşaqla buzun mübarizəsində uşaq buzun üstündə dayanmaq istəmir, onu yazla hədələyir. Uşaqlar 80 faiz informasiyanı kompüterdən alır. Uşaqlara nə qədər qadağan etsək də, onun qarşısını ala bilməyəcəyik. Biz alternativ vasitələr yaratmamışıq. Ona görə də “Selena”ya baxırlar. Ölkəmizdə bir dənə milli oyun yoxdur. Nə qədər baxacaqlar? Axı biz alternativ nə yaratmışıq?”.
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...