Bakıda “28 Mall” bağlandı – FOTO + YENİLƏNİB
Azərbaycan Fövqəladə Hallar Nazirliyi sosial şəbəkələrdə və bir sıra KİV-də “28 Mall” ticarət mərkəzində baş verən hadisəyə dair məlumatı şərh edib. Ticarət mərkəzində döşəmə çöküb və böyük bir çala əmələ gəlib. Baş verən hadisənin nəticələrini FHN əməkdaşlarının aradan qaldırdıqlarına dair məlumat yayılıb.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bu məlumatın əsassız olduğunu bəyan edib.
“FHN-ə “28 Mall”da baş verən hadisəyə dair məlumat daxil olmayıb, müvafiq olaraq nazirliyin əməkdaşları ticarət mərkəzinə yola düşməyiblər”, - O.Bayramov vurğulayıb.
15:11
Bu gün səhər saatlarında “28 Mall” ticarət mərkəzi bağlanıb. Yüzlərlə alıcının ticarət mərkəzinə keçmək istəsə də, bu, mümkün olmayıb.
Oxu.Az bu barədə haqqin.az-a istinadən xəbər verir.
Ticarət mərkəzinin bağlanmasına səbəb saat 10:00-dan elektrik enerjisinin verilməsinin dayandırılması olub. Ticarət mərkəzinin öz işini nə zaman bərpa edəcəyi, həmçinin elektrik enerjisinin niyə kəsildiyinin səbəbi məlum deyil.
N.O.
-
Qarabağda bərpa-quruculuq işləri davamlı olaraq aparılır
...
-
Dərin siyasi zəka, tükənməz iradə sahibi
...
-
Şanlı ordumuz xalqımızın qürur mənbəyidir
...
-
Qələbəmizin növbəti rəmzi - Zəfər meydanı
...
-
Azərbaycanda Novruz bayramıdır
...
-
Ramazanın onuncu gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahdan Novruz tətili başlayır
...
-
Aydın Hüseynov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub - FOTO
...
-
Bu gün İlaxır çərşənbədir
...
-
Abşeronda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edildi
...