Təhsil Nazirliyindən Aqil Abbasın iradına - Münasibət
Bu gün parlamentdə millət vəkili Aqil Abbas “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun ikinci oxunuşda müzakirəsi zamanı dərsliklərdə şagirdlərin yaşına uyğun olmayan materialların yer aldığını bəyan edib.
“Bizim redaksiyaya dünən bir valideyn gəlmişdi. İkinci sinif dərsliyində uşaqlara sual verilir ki, “Üçüncü sinif dərsliyində erotika var, dərsliklərdə ləhcə var. Bəzi dərsliklər televizordan çox zərər verir. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar. 7-ci sinifdən sonra məktəblərdə heç kim yoxdur, hamı repetitor yanına gedir. Bu barədə danışmalıyıq. Sonra da deyirsiniz ki, rus sektoruna niyə uşaqlar qoyulur?”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin Tədris Resursları Şöbəsinin müdiri Elvin Rüstəmov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, millət vəkilinin qeyd etdiyi fikirlər heç bir məktəb dərsliyində yer almayıb.
“Ən təəssüfedici odur ki, millət vəkili dərsliklərlə bağlı ittihamları hər-hansı araşdırma aparmadan irəli sürür. Bir daha bildirmək istərdik ki, dərslik tərtibatı çoxsaylı mərhələlərdən keçir. Dərslik layihələri çapdan öncə ən azı 6 ay ictimai müzakirəyə çıxarılır. Bu müzakirələrin nəticəsi olaraq, irad və təkliflər diqqətlə araşdırılaraq yekun variantda əks olunur. Ancaq təəssüf ki, hörmətli yazıçımız Aqil Abbasın indiyədək ictimai müzakirəyə çıxarılan dərsliklərlə bağlı hər hansı təklifinə və iradına rast gəlməmişik”.
E. Rüstəmov nazirliyin dərsliklərin keyfiyyətinin qüsursuz olmasında ən maraqlı tərəf olduğunu və bu istiqamətdə peşəkarcasına edilən hər bir tənqid və iradın nəzərə alınması üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...