“Bakubus”ın 3 avtobusu necə toqquşdu? - Video
Xəbər verdiyimiz ki, gecə saatlarında Bakının Zığ şossesində “Bakubus” MMC-yə məxsus 3 avtobus toqquşub. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə avtobuslar depoya gedən zaman baş verib:
“Ard-arda depoya gedən üç avtobus toqquşub. Xoşbəxtlikdən avtobuslarda sərnişin olmayıb, sürücülərin də vəziyəti yaxşıdır.
İlkin məlumata görə, qəzanın baş verməsinə səbəb yağış yağdığı üçün yolun sürüşkən olması olub. Dəqiq səbəb isə araşdırıldıqdan sonra məlum olacaq.
Onu da qeyd edim ki, bu qəza səhər Bakubus avtobuslarının intervalına hər hansı bir təsir etməyib.
Avtobusların sığortası var, zərər təmin olunacaq”.
Qeyd edək ki, avtobuslardan birinin 2, digərinin isə 7B nömrəli marşrut olduğu bildirilir.
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...