İcra başçısı hesabat verdi
“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Hikmət Məmmədov və Rasim Musabəyov, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbirdə icra başçısı Abdin Fərzəliyev çıxış edib.
O, bildirib ki, ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına səbəb olub.
A.Fərzəliyev hesabat məruzəsində rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin mühüm iqtisadi göstəriciləri barədə məlumat verib. Bildirib ki, bu müddət ərzində xidmətlər də daxil olmaqla 2 milyard 722 milyon manatlıq məhsul istehsal olunaraq, ötən ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artım sürət əldə edilib, istehlakçılara 2 milyard 604,3 milyon manatlıq sənaye məhsulunun göndərilib, eləcə də doqquz ay ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 110,7 milyon manatlıq investisiyanın yatırılıb, ilin əvvəlindən 4181 daimi iş yerlərinin açılıb.
Tədbirdə millət vəkilləri Hikmət Məmmədov və Rasim Musabəyov, S.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova və 7 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının baş həkimi Mehriban İsayeva çıxış edib.
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...