“Qapını açdım, uçdu” - Evi dağılan xanım
“Bildirilir ki, haqqımızda Nazirlər Kabinetinə məlumat verilib, cavab gözlənilir. Sənədlərimiz, hər şey qaydasındadır”.
Bu sözləri “Qafqazinfo”ya bu gün səhər saatlarında Bayıl qəsəbəsi, Buxta küçəsində baş verən sürüşmə zamanı evi uçan vətəndaş Rəhilə Ağayeva deyir.
Ərazidə yerləşən mənzil 9, ev 19 a-nin sahibi olan xanım bildirib ki, hadisədən bir neçə gün öncə Səbail rayon İcra Hakimiyyətindən gəlib vəziyyətin təhlükəli olduğunu bildiriblər:
“Getməyə bir yerim yoxdur, ona görə burada yaşamağa məcburam. Ölümümdə heç kimi günahkar saymayacam”.
R.Ağayeva qeyd edib ki, uçqun olan zaman evdə olub:
“Birdən ev silkələndi, şaqqıltı gəldi, daşlar tökülməyə başladı. Ayaqyalın qaçdım çölə, qohumumuzgilə getdim. İkinci təkan səhərə yaxın olub, qapını açdım, uçdu. 6-7 aydır işığımız və qazımız kəsilib. Suyu da sonradan özümüz birləşdirmişik”.
-
Sabah Bakıda 29° isti olacaq
...
-
Tarixi dostluq və əməkdaşlıq
...
-
Məqsədyönlü təməl əsasında
...
-
Perspektiv əməkdaşlıq istiqaməti
...
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...