Lənkəranda da 9 ayın yekunu müzakirə edilib
Bu gün Heydər Əliyev Mərkəzində 2018-ci ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin 9 ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələrlə bağlı Şura iclası keçirilib.
Şura iclasını açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov geniş nitq söyləyərək 2018-ci ilin həm president seçkiləri, həm də Prezident İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 15 illiyi ilə əlaqədar ölkənin ictimai-siyasi həyatında çox əlamətdar il olduğunu diqqətə çatdırıb. Eyni zamanda, İcra başçısı ötən 15 il müddətində və cari ilin 9 ayı ərzində qazanılmış uğurları cənab Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı sayəsində əldə olunduğunu bildirərək rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərini, vaxtında icra olunan və rayonun iqtisadi potensialını durmadan artıran irihəcmli layihələrin məhz bu qayğının bəhrələri olduğunu önə çəkib.
İcra başçısı yığıncaq iştirakçılarının diqqətini həmçinin hesabat dövründə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərə yönəldərək ötən 9 ay ərzində rayonda ümumi məhsul buraxılışının 9,6 faiz artaraq 326,7 milyon manat təşkil etdiyini, sənayedə 28,4 milyon manatlıq məhsul istehsal edildiyini, sənayenin qeyri-dövlət sektorunda istehsalın həcminin 11,8 faiz artdığını qeyd edib. Kənd təsərrüfatında da işlərin sürətlənməsini, məhsul istehsalının artmasını, yeni çay, çəltik və sitrus plantasiyalarının salınmasını İcra başçısı məhsul istehsalçılarına göstərilən dövlət qayğısının və tətbiq olunan güzəştlərin sevindirici nəticələri olduğunu bildirib.
Şura iclasında çıxış edən İcra başçısının birinci müavini Möhübbət Babayev və digər natiqlər ötən 9 ayda görülmüş işlər barədə ətraflı məlumat verərək qarşıda duran vəzifələrdən danışıblar.
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...
-
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
...