Qaradağda hesabat yığıncağı keçirilib

18:02 17-10-2018 | icon 2922
Qaradağda hesabat yığıncağı keçirilib

Qaradağ Rayon İcra Hakimiyyətinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 09 oktyabr 2018-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayında ölkədə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətləri vurğulayıb.

Hesabat nitqində Süleyman Mikayılov Qaradağ rayonunun sosial-iqtisadi həyatında da yanvar-sentyabr ayları ərzində görülən işləri vurğulayaraq bildirib ki, sənaye sahəsində  793 mln 430 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilib, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 58 mln 499 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8 faiz artmışdır. Bundan əlavə 2018-ci ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri tərəfindən 146 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artmış, istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 185 mln 487 min manatlıq istehlak malları satılıb.

Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 157 mln 609 min manat həcmində əsas fondlar istifadəyə verilmişdirş Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 98 mln 340 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz artmışdır. Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, 2018-сi ilin doqquz ayı ərzində 720 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. 2018-ci ilin doqquz ayında Rayon ərazisində hüquqi və fiziki şəxslər tərəfindən 1708 yeni iş yeri yaradılıb.

Sonda Prezidentin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 31 iyun 2018-ci il tarixli, sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə” görə medalı ilə təltif olunan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Aydın Zəkiyev təbrik edilib.

 




Digər xəbərlər

0.32157492637634