Cüdoçularımızdan dünya çempionatının açılışında 2 medal - Fotolar
Baham adalarının Nassau şəhərində gənc cüdoçuların dünya birinciliyinə start verilib.
Yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.
55 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev və Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək finala çıxıb. Balabəy həlledici görüşə qədər Monqolustan, Hollandiya, Meksika, Rövşən Əliyev isə Macarıstan, Yaponiya və Qırğızıstan idmançılarını məğlub edib. Azərbaycan finalının qalibi adına Rövşən Əliyev layiq görülüb. Cüdoçumuza dünya çempionatının qızıl medalı verilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb. Digər cüdoçumuz Balabəy Ağayevə mundialın gümüş medalı təqdim olunub.
Qızların mübarizəsində 44 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Şəfəq Həmidova bürünc medal uğrunda belçikalı Luis Pettitlə qarşılaşıb və görüşdən məğlub ayrılaraq 5-ci yeri tutub.
Beləliklə Azərbaycan cüdoçuları dünya birinciliyinin ilk yarış günündə 1 qızıl və 1 gümüş medal qazanıblar.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...