Təkcə saatlara xərclədiyi pul milyon dolları keçir
Keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı istifadə etdiyi saatların dəyəri milyonlarla ölçülür.
Bu haqda xəbəri virtualaz.org yayıb. Sayt bildirir ki, Rüfət Aslanlının korrursiyaya qurşandığına və cah-calala sevgisi ilə bağlı ortaya yeni faktlar çıxıb. Sayt ekspertlərin köməyi ilə kiçik araşdırma aparıb və aydınlaşdırıb ki, Rüfət Aslanlısının təkcə ictimaiyyətə nümayiş etdirdiyi saatların ümumi dəyəri milyonlarla dollarla ölçülür.
CBS telekanalına müsahibələrinin birində məmur kamera qarşısına Parmigiani Fleurier Kalpa-nın qiyməti 50-150 min dollar arasında dəyişən saatı ilə çıxmışdı.
Maliyyə Bazarlarına Nəzarət Palatasının iclasından çəkilmlş başqa şəkildə Rüfət Aslanlının qolunda Tourbillon-un 200 min dollar dəyəri olan saatını görmək olar.
Rüfət Aslanlı şəxsi iş kabinetində kamera qarşısında Patek Philippe Nautilus-un 53 min dollar dəyəri olan daha bir unikal saatını göstərir. Rüfət Aslanlının Vacheron Constantin Perpertual-dan olan başqa bahalı saatının qiyməti isə 88 min dollardır...
Şübhəsiz, bu gün lüks saatlar onların sahibinin sosial statusunun markeri funksiyasını yerinə yetirir. Bahalı saat bahalı maşın kimi, hakimiyyətin və onun imkanlarının statusunun simvoluna çevrilib. Halbuki mədəni ölkələrdə belə şeylərdən çoxdan imtina ediblər. Bütün bunlar orada zövqsüzlüyün və Allahlıq iddiasının əlaməti hesab edilir.
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...