Azərbaycanın yeni turizm brendi təqdim edildi - Foto
"Ölkə üzrə turizmin inkişafını bir qurumun üstündə bağlamaq olmaz. Agentliyin üzərində böyük bir məsuliyyət var, ancaq tək əllə səs çıxmaz".
Bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu gün Bakıda keçirilən Milli Turizm Sammitində deyib. Tədbiri giriş sözü ilə açan sədr, bu gün yeni turizm brendinin təqdimatının olacağını bildirib:
"Bu, bizim qurum olaraq keçirdiyimiz ilk genişmiqyaslı tədbirdir. Artıq 7 aydır agentlik fəaliyyət göstərir ki, bu da yeni yaradılmış bir qurum üçün 7 ay elə də böyük rəqəm deyil. Turizmin inkişafı ölkəmizdə əsas prioritet sahələrdən biridir. Biz də görülən işlərlə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veririk. Çünki bizim üçün şəffaflıq əsas şərtdir.
Bu gün siz yeni turizm birendi ilə tanış olacaqsız. Bu, bizim yeni hədəflərimizdəndir.
Ölkədə turizm sahəsində olan çatışmazlıqları yaxşı bilirik. Bu səbəbdən çalışırıq ki turist sahəsində daha dolğun nəticələr əldə edə bilək.
Hədəflərimiz siyahısında turizm brendimizlə xaricdə ölkəmizi təmsil etmək də var. Bir neçə ölkədə nümayəndəliklərimizin açılması cari planlarımız sırasındadır".
Azərbaycan Turizm Bürosunun brend və marketinq üzrə direktoru Fidan Əliyeva Azərbaycanın yeni turizm brendini təqdim edib. Onun sözlərinə görə, Azərbaycanın yeni turizm loqosu olan "a" hərfi Azərbaycan sözünün ilk hərfi olmaqla yanaşı öz formasına görə də brendin mahiyyətini çatdırır:
"Brendin hazırlanmasında 100-dən çox müxtəlif peşə sahibləri ilə araşdırma aparılıb və bu strateji proses 5 ay davam edib. Yeni brendinin dünya ictimaiyyətinə təqdimatı isə noyabr ayında Londonda (Böyük Britaniya) keçiriləcək “Dünya Səyahət Bazarı” sərgisində (London WTM) baş tutacaq.".
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...