Bu gün hava tutulacaq

14:47 18-10-2018 | icon 3366
Bu gün hava tutulacaq

Bu gün gündüz saatlarında Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  daxil olan xəbərə görə, Bakıda və Abşeron yarımadasında  oktyabrın 18-i gündüz saatlarında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 19-22 dərəcə isti təşkil edəcək.


Digər xəbərlər

0.29167699813843