Vasif Talıbov orden və medalları təqdim etdi
Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan prezidentinin fərdi təqaüdünün, orden və medallarının, fəxri adların döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Ali Məclisin sədri Vasif Talıbov təltif olunanları təbrik edib. O, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında dövlət aktının qəbul olunduğunu xatırladıb, ondan sonra ölkədə baş verən siyasi proseslərdən danışıb: “Dövlət proqramlarının icrasında, xidmətlərində və fəaliyyətlərində fərqlənənlərin əməyi isə qiymətləndirilir, onlar dövlətimizin ali mükafatlarına layiq görülürlər. Bu gün təltif olunanlar da çalışdıqları sahələrdə öz əməkləri ilə fərqlənən insanlardır”.
Sonra V. Talıbov prezidentin fərdi təqaüdünü, orden və medalları, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...