Nizamidə Dövlət Müstəqilliyi Günü qeyd edilib

21:05 19-10-2018 | icon 2868
Nizamidə Dövlət Müstəqilliyi Günü qeyd edilib

Dünən 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti, YAP Nizami rayon təşkilatı və Nizami Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 229 saylı tam orta məktəbdə “Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra 229 saylı tam orta məktəbin direktoru Fəridə Bağırova çıxış edib.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova vurğulayıb ki, müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşayıb. Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olub: “1993-cü ildə xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin təkrarolunmaz fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi dönməzlik və əbədilik qazanıb. Məhz ulu öndər Heydər Əliyevin sayəsində ölkəmizdə yaranmış dərin böhranlı vəziyyət, vətəndaş qarşıdurması aradan qaldırılıb, fəlakət astanasında olan yenicə qazanılmış müstəqilliyimiz itirilmək təhlükəsindən xilas edilib”.

Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və başqaları diqqətə çatdırıblar ki, bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq və biz bunu qiymətləndirməliyik, müstəqilliyi hər şeydən üstün tutmalıyıq.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib, məktəb xorunun ifasında vətənpərvərlik mövzusunda mahnılar ifa olunub.

 

 

 





Digər xəbərlər

0.28484296798706