“Qarabağ”dan Halldorssonun törətdiyi qəza ilə bağlı açıqlama

21:15 19-10-2018 | icon 3189
“Qarabağ”dan Halldorssonun törətdiyi qəza ilə bağlı açıqlama

 “Qarabağ” klubunun qapıçısı Hannes Halldorsson avtomobillə piyadanı vurub. Bununla bağlı Ağdam klubu rəsmi açıqlama yayıb.

Açıqlamada hadisənin təfərrüatları ilə bağlı məlumat verilib: “Dünən axşam saatlarında “Qarabağ”ın qapıçısı Hannes Tor Halldorsson evinə yollanarkən, yol nəqliyyat hadisəsi baş verib. Belə ki, qolkiperimiz idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub. Halldorsson yaralıya ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıb və bu barədə hüquq mühafizə orqanlarına məlumat verib. Hüquq mühafizə orqanları tərəfindən müvafiq prosedurlar tamamlandıqdan sonra qapıçımız evinə yollanıb. Yaralı ciddi xəsarət almayıb, sadəcə sağ diz qapağında sürüşmə olub, həkimlər anında müdaxilə eləyib və yaxın günlərdə evinə buraxılacağı gözlənilir. "Qarabağ" klubu yaşanmış hadisədən təəssüf hissi keçirir və zərərçəkmişin tezliklə sağalmasını arzulayır”.


Digər xəbərlər

0.25439381599426