“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Səbail”ə qarşı

12:52 20-10-2018 | icon 3466
“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Səbail”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura start veriləcək.Iilk oyun günündə iki görüş baş tutacaq.

Turun açılış matçı Qəbələdə keçiriləcək. Lider “Neftçi” “Qəbələ”nin qonağı olacaq. İlk dövrədə bu komandalar arasında keçirilmiş oyunda paytaxt təmsilçisi 2:1 hesablı qələbəyə sevinib. Liderliyini qorumağı hədəfləyən “ağ-qaralar” elə də yaxşı günlərini yaşamayan rəqiblə görüşdə xal itirməməyə çalışacaq.

 

Günün digər matçı isə son çempion “Qarabağ”la “Səbail” arasında baş tutacaq. İlk dövrədə 2 cavabsız qolla qalib gəlmiş Ağdam klubu bu uğurunu təkrarlamağı hədəfləyib.

Topaz Premyer Liqası
8-ci tur
20 oktyabr

“Qəbələ” - “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov.
Qəbələ şəhər stadionu, 17:00.

“Qarabağ” - “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev.
Bakı. “Azərsun Arena”, 19:00.

Turun digər oyunları sabah keçiriləcək: “Sumqayıt” - “Sabah”, “Keşlə” - “Zirə”.


Digər xəbərlər

0.28569602966309