Əliyev “Demirören Holding”in rəhbəri ilə söhbətləşib - Fotolar
Xəbər verdiyimiz kimi, ötən gün İzmir şəhərində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” neft emalı zavodunun açılışı olub.
Açılışdan sonra İlham Əliyevlə Rəcəb Tayyip Ərdoğan “Demirören Holding”in idarə heyətinin rəhbəri Yıldırım Demirörənlə salamlaşıb, bir müddət söhbət ediblər.
Mərasimdən sonra hər iki ölkə başçısı mətbuata qapalı 1,5 saatlıq təkbətək görüş keçiriblər. Liderlər görüşlə bağlı hər hansı açıqlama verməyiblər.
Qeyd edək ki, “Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Energetika, daşınmaz əmlak, tikinti, təhsil, liman sahələrini özündə birləşdirən “Demirörən” “Hürriyet”, “Milliyet”, “Vatan”, “Posta”, “CNNTürk”, “Fanatik” və “Doğan Haber Ajansı” kimi ölkənin ən iri media qrupuna sahib holdingidir.
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...
-
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu olub
...
-
Neftimizin qiyməti 87 dollara çatır
...